Türkiyə Super Liqasının XXXII turunda "Qalatasaray" "Samsunspor"la səfərdə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" səfərdən 1:4 hesablı məğlubiyyətlə qayıdıb. Oyunda qələbə qollarını Marius Moundilmaci (22, 71), Şerif Ndiaye (57, 82) vurub. 63-cü dəqiqədən Günay Güvençin qırmızı vərəqə alması ilə azlıqda qalan "Qalatasaray"ın yeganə qoluna isə Yunus Akgün imza atıb. 

Qeyd edək ki, "Qalatasaray" 74 xalla turnir cədvəlinin lideridir. Mövsümün başa çatmasına 2 tur qalmış "Fənərbağça" 70 xalla ikinci yerdə qərarlaşıb.