Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" səfərdə "Dinamo" (Drezden) klubuna 0:1 hesabı ilə məğlub olub.

Emreli bu qarşılaşmada da iştirak ərizəsindən kənarda qalıb.

Bu, "qırmızı şeytanlar"ın ardıcıl 3-cü məğlubiyyəti olub.

Hazırda aktivində 46 xalı olan "Kayzerslautern" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.