"Real Madrid" klubunun kapitanı komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, söhbət Dani Karvahaldan gedir. Bu barədə "Marca" nəşri məlumat yayıb. 34 yaşlı müdafiəçi cari mövsümün sonunda komandanı tərk edəcək. "Kral klubu" futbolçuya yeni müqavilə təklif etməyib.
Qeyd edək ki, Dani Karvahal "Real Madrid" klubunda dəfələrlə La Liqa, Kopa Del Rey, Superkubok, Çempionlar Liqası və digər titulların sahibi olub.


