NBA-də pley-off həyəcanı davam edir.
Offsideplus.az xəbər verir ki, "Orlando" öz meydanında "Detroyt" ilə qarşılaşmada 24 xallıq üstünlüyü əldən verib və beləliklə, seriyada 7-ci matç oynanılacaq.
"Leykers" isə "Hyuston"a qalib gələrək seriyanı bağlayıb - 4:2.
41 yaşlı Lebron Ceyms 28 xal, 7 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, oyunu 25-də 10 şut dəqiqliyi (3 xallıq: 5-də 2, cərimə atışları: 8-də 6) ilə tamamlayıb.
Daha bir seriya 7-ci matça uzanıb.
"Toronto" isə forvard Ar Cey Barrettin qələbə topu sayəsində "Klivlend"lə seriyanı yeddinci oyuna qədər uzatmağı bacarıb.


