Maurisio Poçettino "Tottenhem"dəki fəaliyyəti və həmin dövrdə heyətin gücləndirilməməsi barədə səmimi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, ​təcrübəli mütəxəssis London klubunda transfer siyasəti ilə bağlı üzləşdikləri çətinlikləri belə izah edib:

"18 ay ərzində tək bir transfer belə etmədən yolumuza davam etdik. Bu, Premyer Liqa səviyyəsində qeyri-adi bir hal idi. Əslində xərcləməyə pulumuz var idi, lakin bizi növbəti səviyyəyə daşıyacaq doğru investisiyanı edə bilmədik. Son ana qədər mübarizə apardıq, lakin o həlledici addımı ata bilmədik."

​Poçettino həmçinin o dövrdə transfer siyahısında olan ulduz futbolçuların adlarını da açıqlayıb.

O, Sadio Mane və Georginio Veynaldumu "Tottenhem" heyətinə qatmaq istədiklərini, lakin müəyyən səbəblərdən bu keçidlərin baş tutmadığını vurğulayıb.