Məhəmməd Salah Səudiyyə Ərəbistanından gələn böyük təklifləri geri çevirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, misirli ulduzun əsas məqsədi karyerasını Avropada davam etdirməkdir.
Türkiyənin "Fənərbağça" klubu artıq hərəkətə keçərək futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. İstanbul təmsilçisinin 33 yaşlı hücumçuya həftəlik təxminən 385 min avro maaş təklif etdiyi bildirilir.
"Liverpul"dakı gələcəyi getdikcə qeyri-müəyyənləşən və bu mövsümün sonunda "Enfild"i tərk edəcəyi gözlənilən Salah Türkiyəyə mümkün transfer variantını ciddi şəkildə dəyərləndirir. Futbolçunun Avropada qalmaq istəyi, onu Səudiyyə Pro Liqasının milyonluq təkliflərindən uzaqlaşdıran əsas amildir.


