"Liverpul"un baş məşqçisi Arne Slot mövsümün sonunda komandadan ayrılacaq Məhəmməd Salahın zədəsi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis misirli ulduzun zədəsinin ciddi olmadığını və mövsüm bitmədən yaşıl meydanlara dönəcəyini bildirib. Ötən həftə "Kristal Pelas"la matçda zədələnən 33 yaşlı hücumçunun azarkeşlərlə vidalaşmaq fürsəti olacaq.

"Onun zədəsinin yüngül olması böyük təsəllidir. Salah mövsümün son hissəsində yenidən bizimlə olacaq və Dünya Çempionatında da oynaya biləcək. Əgər bu dünyada möhtəşəm bir vida mərasiminə layiq olan biri varsa, o da mütləq Modur", – deyə Slot qeyd edib.

Qeyd edək ki, Salah bazar günü keçiriləcək "Mançester Yunayted" matçını buraxmalı olacaq.