AFFA prezidenti Rövşən Nəcəf Kanadanın Vankuver şəhərində keçirilən FIFA-nın 76-cı Konqresində iştirakı çərçivəsində bir sıra mühüm görüşlər reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, assosiasiya rəhbəri tədbir zamanı müxtəlif ölkələrin futbol qurumlarının rəsmiləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Rövşən Nəcəf xüsusilə Özbəkistan, Belçika, Pakistan və Banqladeş futbol federasiyalarının prezidentləri ilə görüşərək gələcək birgə layihələr və qarşılıqlı əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.
Görüşlərin əsas mövzusu futbolun inkişafı və beynəlxalq səviyyədə təcrübə mübadiləsinin genişləndirilməsi olub.


