"Sabah"ın futbolçuları Şüvəlanda klubun və yerli sakinlərin birgə səyləri ilə salınmış futbol meydançasında uşaqlarla görüşüblər.
Offsideplus.az xəbər verir ki, tədbirdə komandanın üzvləri Aaron Maluda, Rəhman Daşdəmirov, Coy-Lens Mikkels və İqor Noqeyra iştirak ediblər.
Futbolçular uşaqlarla birgə futbol oynayıb və onlara müxtəlif hədiyyələr təqdim ediblər.


