AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimələyib.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XXI turunun təxirə salınmış derbi matçında baş verənlər Ağdam təmsilçisinə baha başa gəlib. "Köhlən atlar"ın azarkeşləri rəqib ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdiyi üçün klub 8000 manat məbləğində cərimə olunub. Bu, Qarabag üçün cari mövsümdə analoji səbəbdən tətbiq edilən beşinci sanksiyadır.
Meydan sahibi "Neftçi" də maliyyə itkisi ilə üzləşib. "Ağ-qaralar"ın 5 futbolçusu oyun ərzində sarı vərəqə ilə cəzalandığı üçün klub AFFA-ya 700 manat ödəyəcək.
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


