Hazırda icarə əsasında "Bayern Münhen"də çıxış edən Nikolas Cekson karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onunla "Yuventus" və "Milan" yaxından maraqlanır.
Bu barədə "Calciomercato" portalı məlumat yayıb.
Qeyd edək ki, seneqallı hücumçu müqavilə ilə "Çelsi"yə məxsusdur.
O, cari mövsüm Münhen təmsilçisinin heyətində 30 oyunda 10 qol vurmağı bacarıb.


