Fransa Liqa 1-də mövsümün ən parlaq oyunçularından biri olan Meyson Qrinvud bu yay transfer bazarının əsas simasına çevriləcək.

Offsideplus.az xəbər verir ki, son məlumatlara görə, paytaxt təmsilçisi "Paris Sen-Jermen" (PSJ) ingilis cinah hücumçusunu heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.  

​Baş məşqçi Luis Enrikenin hücum xəttini gücləndirmək istəyi PSJ rəhbərliyini əzəli rəqibi "Marsel"in qapısını döyməyə sövq edib.  

​"Marsel" klubu Qrinvudu asanlıqla buraxmaq niyyətində deyil. Klubun müəyyənləşdirdiyi qiymət aralığı Avropa nəhənglərini çətinə salacaq növüdəndir:

​Marsel təmsilçisi ulduz futbolçu üçün 82–99 milyon avro civarında təzminat tələb edir. 

Qrinvudun 2024-cü ildəki transfer müqaviləsində yer alan maddəyə əsasən, satış qiymətinin 50%-ə qədəri (klub Çempionlar Liqasına vəsiqə qazansa 65%-ə qədər) "Mançester Yunayted"ə çatacaq. Bu səbəbdən "Marsel" öz mənfəətini qorumaq üçün qiyməti maksimum yuxarı saxlayır.  

​PSJ ilə yanaşı, "Yuventus" və "Atletiko Madrid" də 24 yaşlı futbolçunu yaxından izləyir.