"Miluoki Baks" 2016-cı ildən bəri ilk dəfə pley-offa yüksələ bilmədiyi mövsümün ardından Taylor Cenkinsi yeni baş məşqçi təyin edib.
Offsideplus.az xəbər verir kiб 41 yaşlı amerikalı mütəxəssis 2018-19 mövsümündə Mayk Budenholzerin məşqçilər heyətində "Baks"da köməkçi məşqçi kimi çalışıb. O, son altı mövsümü isə "Memfis Qrizzlis"in baş məşqçisi postunda keçirib.
Cenkins bu vəzifədə Dok Riversi əvəz edib. Rivers "Miluoki"də keçirdiyi üç mövsümdən sonra ötən əvvəlində istefa vermişdi. Komanda onun rəhbərliyi altında son mövsümü 32 qələbə və 50 məğlubiyyətlə tamamlamışdı.
Riversin rəhbərliyi altında "Baks" iki dəfə pley-offun ilk mərhələsində uduzmuş, bu il isə ümumiyyətlə pley-off mərhələsindən kənarda qalmışdı.


