FIFA prezidenti Canni İnfantino son günlər yaranan suallara son qoyaraq, İranın bu yay keçiriləcək Dünya Çempionatında iştirak edəcəyini qəti şəkildə bildirib.

Offsideplus.az xəbər verir ki, ​Vankuverdə keçirilən FIFA Konqresində çıxış edən İnfantino, geosiyasi gərginliklərə baxmayaraq, turnirin cədvəlində heç bir dəyişikliyin edilməyəcəyini vurğulayıb.

​İran yığması qrup mərhələsinin bütün oyunlarını planlaşdırıldığı kimi Amerika Birləşmiş Ştatlarında keçirəcək.

​FİFA rəhbəri futbolun birləşdirici gücünə diqqət çəkərək, İranın iştirakını tam dəstəklədiklərini bəyan edib.

​İran qrup mərhələsindəki ilk oyununu iyunun 16-da Los-Ancelesdəki "Sofi" stadionunda "Yeni Zelandiya"ya qarşı keçirəcək.

​​"Dünyada insanları bölməyə çalışan kifayət qədər qüvvə var. Əgər heç kim birliyi qorumasa, dünyamızın aqibəti necə olar? Futbol körpülər qurmalıdır" – deyə Canni İnfantino qeyd edib.

Qeyd edək ki, İran yığması turnirdəki mübarizəsinə iyunun 16-da start verəcək. Onlar ilk oyun günündə Los-Ancelesdə yerləşən "Sofi" stadionunda "Yeni Zelandiya" komandası ilə qarşılaşacaqlar.

​Qrupun ikinci oyununda İran futbolçuları iyunun 21-də yenidən "Sofi" stadionuna çıxacaq və bu dəfə "Belçika" yığması ilə xal mübarizəsi aparacaqlar.

​Qrup mərhələsinin sonuncu qarşılaşması isə iyunun 27-də baş tutacaq. İran komandası Sietl şəhərinə yollanaraq "Lumen Fild" stadionunda "Misir" kollektivi ilə üz-üzə gələcək.