AFFA rəhbərliyi Kanadanın Vankuver şəhərində keçirilən FIFA-nın 76-cı Konqresində iştirak etmək üçün bu ölkəyə yollanıb.
Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər veririk ki, mötəbər tədbirdə qurumun prezidenti Rövşən Nəcəf başda olmaqla geniş nümayəndə heyəti təmsil olunur.
Konfransda həmçinin icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov da iştirak edirlər.


