UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" doğma meydanda İngiltərənin "Kristal Pelas" klubuna 1:3 hesabı ilə uduzub.
Bu nəticə Ukrayna təmsilçisinin final şanslarını çətinə salıb.
Baş tutan qarşılaşma sürətli qol və gərgin mübarizə ilə yadda qalıb.
"Şaxtyor" 1-3 "Kristal Pelas"
Qollar: İsmaila Sarr (22'), Oleq Oçeretko (47'), Daiçi Kamada (58'), Yorgen Strand Larsen (84')


