"Sabah" Azərbaycan futbolunda son 18 mövsümün ilk yeni çempionu kimi tarixə düşüb.

Offsideplus.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, PFL-in yarandığı dövrdən bu yana heç bir klub ilk çempionluğunu qazana bilməmişdi. Masazır təmsilçisinə qədər ölkə futbolunda sonuncu yeni qalib 2007/2008 mövsümündə titul sevincini yaşayan "İnter" olmuşdu.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 1992-ci ildən bəri keçirilən Azərbaycan çempionatları tarixinə qızıl medalları qazanan 9-cu fərqli komanda kimi adını yazdırıb. Cari mövsümədək ölkədə cəmi 8 klub bu titula sahiblik etmişdi: "Qarabağ" (12), "Neftçi" (9), "Kəpəz" (3), "Şəmkir", "Bakı", "İnter" (indiki "Şamaxı") hərəyə 2, "Turan" və "Xəzər Lənkəran" isə hərəyə 1 dəfə çempion olublar.

Qeyd edək ki, "Sabah" Misli Premyer Liqasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Azərbaycan çempionları:

1992. "Neftçi"

1993. "Qarabağ"

1993/1994. "Turan"

1994/1995. "Kəpəz"

1995/1996. "Neftçi"

1996/1997. "Neftçi"

1997/1998. "Kəpəz"

1998/1999. "Kəpəz"

1999/2000. "Şəmkir"

2000/2001. "Şəmkir"

2001/2002. Yarımçıq qalıb

2002/2003. Keçirilməyib

2003/2004. "Neftçi"

2004/2005. "Neftçi"

2005/2006. "Bakı"

2006/2007. "Xəzər Lənkəran"

2007/2008. "İnter"

2008/2009. "Bakı"

2009/2010. "İnter"

2010/2011. "Neftçi"

2011/2012. "Neftçi"

2012/2013. "Neftçi"

2013/2014. "Qarabağ"

2014/2015. "Qarabağ"

2015/2016. "Qarabağ"

2016/2017. "Qarabağ"

2017/2018. "Qarabağ"

2018/2019. "Qarabağ"

2019/2020. "Qarabağ"

2020/2021. "Neftçi"

2021/2022. "Qarabağ"

2022/2023. "Qarabağ"

2023/2024. "Qarabağ"

2024/2025. "Qarabağ"

2025/2026. "Sabah"