"İmişli" İdris İnqilablı ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun yeni sözləşməsinin müddəti 2028-ci ilin yayına qədər olacaq.
İ. İnqilablı cari mövsüm Misli Premyer Liqasında 26 oyunda meydanda olub və 2 məhsuldar ötürməyə imza atıb.


