"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərənin üçüncü divizionunda baş tutan "Stokport" - "Port Veyl" (1:2) matçını izləməyə getməsindən danışıb.

Offsideplus.az xəbər verir ki, həmin gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ və "Bayern Münhen" (5:4) qarşılaşıb.

Pep Qvardiola zarafatla bu seçimi belə izah edib:

"Cədvələ baxdım, orada PSJ - "Bayern Münhen" oyununu gördüm və düşündüm: 'Ah, nə bərbad oyun! Məşqçilər pisdir – Luis Enrike və Vensan Kompani. Oyunçular isə həqiqətən bərbaddır'.

Mən İngiltərə futboluna aşiq olduğum üçün 'Stokport'un matçına baxmağa getdim".