"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol sevinci yaşayıb.

Offsideplus.az xəbər verir ki, o, 24-cü tur çərçivəsində keçirilən "Zirə-2" ilə qarşılaşmada penaltini dəqiq yerinə yetirib.

Onun kimi əvəzedici heyətə göndərilən Abbas Hüseynov da bu qarşılaşmada qol vurmağı bacarıb.

Matç "Qarabağ-2"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hər iki futbolçu intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanovun qərarı ilə əsas komandadan uzaqlaşdırılaraq əvəzedici heyətə göndəriliblər.

Onların vurduğu qolları sizə təqdim edirik: