Bu gün keçirilən AFFA-nın İntizam Komitəsinin iclasında Əvəzedicilər Liqasının XXVI turu üzrə qərarlar qəbul edilib. 

Offsideplus.az xəbər verir ki, “Neftçi-2”yə qarşı oyunda “Sabah-2”-nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat, oyunun 70-ci dəqiqəsində 71 nömrəli futbolçu Əli Əlizadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq və klub 800 manat cərimə ediləcək. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah-2” komandası 250 manat məbləğində cərimələnib. 

Bundan əlavə "Neftçi-2" klubu 6 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat, 36 nömrəli futbolçusu Həsən Mahmudov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 800 manat, 80 nömrəli futbolçusu Aslan Şirinov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün isə 50 manat məbləğində cərimə edilib. Futbolçular müvafiq olaraq 3 və 1 oyun yaşıl meydanlardan uzaq qalacaq. 

 “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda isə meydan sahiblərinə 6 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cəza kəsilib. Həmin oyunda “Sumqayıt-2” 4 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimə ödəməli olacaq.