UFC-nin orta çəki dərəcəsində çempionu Xamzat Çimayev Konor Makqreqorla boks qarşılaşmasına çıxmaq istədiyini bəyan edib.
Offsideplus.az xəbər verir ki, idmançı bu barədə belə deyib:
"Məni həqiqətən nə alovlandıra bilər? Yəqin ki, "Zuffa"da Konorla boks döyüşü. Təmiz boks, 12 raund. Əgər Konor razılaşsa, bu, əla olardı. O, yaxşı boksçudur, UFC-nin ən yaxşılarından biridir.
Bunu sınamaq maraqlı olardı. Həm də pulu yaxşıdır. O, Şon Striklanddan daha yaxşı danışır, ona görə də əyləncəli olar".
Qeyd edək ki, mayın 9-dan 10-na keçən gecə Çimayev UFC 328 turnirinin əsas döyüşündə kəmərini Şon Striklanddan qorumağa çalışacaq.


