UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan idmançısı Arman Tsarukyan karyerası boyunca əldə etdiyi qazanclarla bağlı diqqətçəkən etiraflar edib.
Offsideplus.az xəbər verir ki, döyüşçü oktaqondakı qonorarları ilə müqayisədə sponsorluq gəlirlərinin qat-qat yüksək olduğunu bildirib.
İdmançı yalnız bir sponsorluq müqaviləsindən illik təxminən 3 milyon dollar qazandığını açıqlayıb. Bu məbləğ bir çox UFC döyüşçüsünün ümumi karyera gəlirindən belə yüksəkdir.
O, UFC-də bir döyüş üçün aldığı ən yüksək məbləğin 500 min dolların üzərində olduğunu qeyd edib. Bu rəqəm onun sponsorluqdan əldə etdiyi gəlirlə müqayisədə kifayət qədər kiçik görünür.
Bu açıqlamalar müasir döyüş idman növlərində idmançıların təkcə turnirlərdən deyil, həm də şəxsi brendlərini yaradaraq kənar reklam müqavilələrindən necə böyük sərvət qazandıqlarını bir daha sübut edir.


