Türkiyə Superliqasının 32-ci turu çərçivəsində səfərdə "Qaziantep FK" klubu ilə qarşılaşan "qara qartallar" 2:0 hesablı inamlı qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinə qələbə gətirən qolları 7-ci dəqiqədə Calo və 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Asllani vurub.

​Oyunun son dəqiqələri isə gərgin anlarla yadda qalıb. Meydan sahiblərinin 89-cu dəqiqədə Draquş ilə tapdığı qol VAR araşdırmasından sonra ləğv edilib. Referi görüntülərə baxdıqdan sonra futbolçunun topu əllə oynadığını müəyyən edərək qolu qeydə almayıb.