Yannik Sinner ardıcıl turnirlərdə iştirak etməyin yaratdığı yorğunluğa baxmayaraq, böyük oyunlardakı adrenalin sayəsində ayaqda qaldığını bildirib.
Offsideplus.az xəbər verir ki, Madrid Masters turnirində Artur Filsi 6-2, 6-4 hesabı ilə məğlub edərək karyerasında ilk dəfə bu turnirin finalına yüksələn 24 yaşlı tennisçi deyib:
"Son ay yarım ərzində çox oynamışam və turnirlərdə son mərhələlərə qədər irəliləmişəm. Bu, yaxşı göstərici olsa da, insanı yorur. Amma inanıram ki, 1/4 final, yarımfinal və final kimi böyük matçlardakı adrenalin məni irəli itələyir."
Sinner bu mövsüm artıq İndian-Uells, Mayami və Monte-Karlo turnirlərində çempionluq yaşayıb.
Qeyd edək ki, onun Madriddəki həlledici qarşılaşmada rəqibi Aleksandr Zverev olacaq.


