Formula 1-də 5 həftəlik fasilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, mövsümün 4-cü yarışı Mayamidə (ABŞ) keçirilir.
Ötən gecə sprintin kvalifikasiyası baş tutub.
"Maklaren" pilotu Lando Norris təsnifat mərhələsində hamını qabaqlamağı bacarıb. O, bugünkü sprint yarışına hamıdan öndə başlayacaq.
2-ci yerdən çempionatın lideri Kimi Antonelli start götürəcək. 3-cü yer isə Norrisin komanda yoldaşı Oskar Piastrinin olub.
Qeyd edək ki, əsas yarış sabah gecə Bakı vaxtı ilə 23:55-də başlayacaq.


