Misli Premyer Liqasənda XXX tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, açılış matçında "Kəpəz" Yevlaxda "Sumqayıt"ı qəbul edib.
Gəncə təmsilçisi 4 oyunluq məğlubiyyət seriyasına son qoyub.
Rauf Hüseynlinin görüşün sonlarında penaltidən vurduğu qollar Azər Bağırovun komandasına 3 xal qazandırıb.
"Kimyaçılar" 38 xalla 7-ci, "Kəpəz" isə 24 xalla 10-cu yerin sahibidir.
MPL, XXX tur
2 may (şənbə)
16:00 Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86', 89' (hər ikisi penalti) - Yusif İmanov, 64' (avtoqol)
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu


