"Real Madrid"in müdafiəçisi Dani Karvaxal sağ ayağının kiçik barmağındakı sınıq səbəbindən sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, klub rəsmi müddət açıqlamasa da, futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu zədə Karvaxalın "Espanyol", "Barselona", "Ovyedo" və böyük ehtimalla "Sevilya" ilə oyunları qaçıracağı deməkdir. Təcrübəli müdafiəçinin son turda "Atletik Bilbao" ilə matçda geri dönməsi ehtimal olunur.

Müqaviləsi bu yay başa çatacaq Karvaxal üçün həmin oyun "Real Madrid" formasında sonuncu matç ola bilər, çünki hələ ki, yeni müqavilə imzalanmayıb.