Misli Premyer Liqasının XXX turunda "Sumqayıt" "Kəpəz"ə 1:2 hesabı ilə uduzub.

Offsideplus.az xəbər verir ki, "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra oyunla bağlı fikirlərini bölüşüb:

“Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm. Təəssüf ki bu gün oyun barədə deyil, ədalətsiz hakim qərarlarından danışmaq istərdim. Bizə qarşı baş verənlərdən baş aça bilmədik. Bu olaylar ilk dəfə deyil ki baş verir. Hakimin əlaqəsiz qərarları ilə verilən penaltilərə görə öndə olduğumuz oyunda məğlubiyyətlə üzləşdik. Top əvvəlcə oyunçunun bədəninə, daha sonra isə əlinə dəyirsə, dünyanın heç bir yerində buna penalti verilmir. Etiraz edəndə də qırmızı vərəqə alırıq. Bəlkə də əcnəbiyik deyə heç nə deməyəcəyizi düşünürlər. Artıq Saşa İliç ikinci dəfədir ki, etiraza görə qırmızı vərəqə alır. Nə deyəcəyimi bilmirəm”.