"Sabah" Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ikinci matçında "Abşeron Lions"ı məğlub edib
Offsideplus.az xəbər verir ki, seriyada 2:0 hesabı ilə önə keçən "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis təmkinli olmalı olduqlarını bildirib:
"Ardıcıl 2 qələbəyə baxmayaraq pley-offda hər oyuna seriyadakı hesabı unudub çıxmaq lazımdır. Bizim üçün gözəl başlanğıc oldu. Amma seriya davam edir.
Üçüncü oyuna rahat çıxsaq bu bizim ziyanımıza işləyə bilər. Rəqibin heyətdəki problemlərinə baxmayaraq sona qədər mübarizə aparması təqdirəlayiqdi".
Qeyd edək ki, "Sabah" seriyanın növbəti oyununda qələbə qazanarsa, 2025/26 mövsümünün çempionu olacaq.


