Misli Premyer Liqasının XXX turunda "Kəpəz" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçı şərh edib:

"Mənim üçün maraqlı oyun oldu. Görüşə yaxşı başlaya bilərdik. Amma təəssüflər olsun ki, ələ düşən imkanlardan yararlana bilmədik. Son dövlər kuryoz qollar buraxırıq. Futbolçularımıza təşəkkür edirəm ki, toparlandılar və matçın sonlarında dönüş etdik. Azarkeşlərimizə də ayrıca təşəkkürümü bildirirəm. Bizi sonadək, hətta hesabda geri olanda belə dəstəkləyirdilər".