"Qarabağ"ın keçmiş üzvü Riçard Almeydanın karyerasında yeni mərhələ başlayıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin D seriyasında mübarizə aparan “Alvinegro” klubu ilə müqavilə imzalayıb. Bu barədə məlumatı futbolçunun yeni komandası rəsmi şəkildə açıqlayıb.
Qeyd edək ki, "Qarabağ"dan ayrıldıqdan sonra "Primavera"nın formasını geyinən və 2026-cı il Paulista A1 çempionatında iştirak edən 36 yaşlı oyunçu artıq "Alvinegro"nun heyətində hazırlıqlara start verib.


