Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi AFCON 2025-in finalı ilə bağlı qalmaqallı qərarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qərara əsasən, final oyununda meydanı icazəsiz tərk edən Seneqal millisi texniki məğlubiyyət almış hesab olunur və çempionluq titulu əlindən alınaraq Mərakeşə verilir.

CAF rəhbərliyi bu sərt qərarı verərkən ötən həftə sonu Türkiyə çempionatında baş tutan "Kocaelispor" - "Konyaspor" matçını da nəzərə alıb.

Bu görüşdə ev sahibləri matçın sonlarına yaxın hakimin verdiyi penaltini qərarını bəyənməyərək meydanı tərk etmişdi.

CAF hesab edir ki, Seneqalın bu hərəkətinə göz yumulması dünya futbolunda "pis nümunə"nin (Türkiyədəki kimi halların) daha da yayılmasına rəvac verə bilərdi. İntizam qaydalarının sərtləşdirilməsi və bu cür halların qarşısının alınması üçün Seneqalın qalibiyyəti ləğv edilib və rəsmi nəticə 3:0 (Mərakeşin xeyrinə) olaraq qeydə alınıb.

Seneqal Futbol Federasiyası bu qərarı "ədalətsiz və siyasi" adlandırıb. Seneqal tərəfi bildirib ki, futbolçular meydanı tam tərk etməyiblər, sadəcə hakim qərarlarına etiraz olaraq qısa müddətlik fasilə yaranıb və sonra oyun sona qədər davam etdirilib.

Federasiya titulu geri qaytarmaq üçün İdman Arbitraj Məhkəməsinə (CAS) rəsmi müraciət ünvanlayacağını bəyan edib.