Qadın basketbolçulardan ibarət Azərbaycan yığması bu gün AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxır.
Offsideplus.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandamız Bakıda Ukrayna yığmasını qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, seçmə mərhələnin əvvəlki oyunlarında yığmamız 2 dəfə Bolqarıstana, 2 dəfə Monteneqroya və Ukrayna seçmələrinə məğlub olub.


