"Real Madrid" prezidenti Florentino Peres fransız hücumçusu Olisenin böyük pərəstişkarıdır və mövsüm bitdikdən sonra 24 yaşlı oyunçuya transfer həyata keçirməyi planlaşdırır. 

Offsideplus.az xəbər verir ki, "Real Madrid" "Bayern Münhen"in ulduzu üçün 160 milyon avroluq rekord təklif hazırlayır. 

Bu, Rodriqonun uzunmüddətli zədəsi və potensial ayrılıq ehtimalı fonunda hücum xəttini gücləndirmək üçün atılan addımdır. Florentino Peres bu transferi edərək Mbappe + Vinisius ilə birlikdə lüks hücum triosu yaratmaq hədəfləyir. 

Lakin "Bayern Münhen" qətiyyətlə satmaq niyyətində deyil. Oyunçunun müqaviləsi 2029-cu ilin yayına qədərdir, heç bir sərbəstqalma maddəsi yoxdur. Klub Oliseni əsas fiqur kimi saxlamaq istəyir.