"Mançester Yunayted" daha əvvəl Kazemiro ilə cari mövsümün sonunda yolların ayrılacağını açıqlamışdı.
Offsideplus.az xəbər verir ki, lakin, komandanın baş məşqçisi Maykl Karrik braziliyalı futbolçunun komandada qalmağını istəyib.
Klub rəsmiləri futbolçu ilə yeni müqavilə barədə danışıqlar aparmağa hazırlaşır.
Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayından "qırmızı şeytanlar"da çıxış edir. O, cari mövsüm 29 oyunda 7 qol vurmağı bacarıb.


