"Neftçi"nin Azərbaycan çempionatları tarihində vurduğu penaltilərin sayı 150-yə çatıb.

Offsideplus.az xəbər verir ki, yubiley qolu Misli Premyer Liqasının XXIV turunda, "Qəbələ" ilə səfər matçında (3:1) qeydə alınıb. Komandanın kapitanı Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək bu tarixi rəqəmi rəsmiləşdirib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

1992-ci ildən bəri ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" bu müddətdə qazandıqları 150 penaltidən 120-ni qola çeviriblər (80% dəqiqlik). Paytaxt təmsilçisi bu göstərici ilə turnir tarixində yalnız "Qarabağ"dan geri qalır.

Qeyd edək ki, "Neftçi"nin Azərbaycan çempionatındakı ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə oyunda Yunis Hüseynov qola çevirmişdi.