İtaliyanın ev sahibliyi etdiyi Karate1 Premyer Liqasında Azərbaycan karateçisi İrina Zaretska fəxri kürsüyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Zaretska üçüncülük uğrunda keçirilən qarşılaşmada almaniyalı Hannah Riedeli 2:0 hesabı ilə məğlub edərək uğurunu rəsmiləşdirib.