Misli Premyer Liqasının 24-cü turunun son qarşılaşmasında “Qəbələ” “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.

Meydanda bir futbolçu var idi ki, yaxşı oynasa da, qol vurmağı bacarmayıb - Domi Massumo.

Oyundan sonra 22 yaşlı hücumçuOffsideplus.az saytına görüş haqqında fikirlərini bölüşüb

“Biz məğlub olduq. Rəqimizə bu şəkildə uduzmaq üzücüdür. Problemin nə olduğunu tam olaraq deyə bilmirəm. Komanda olaraq hazırlaşırıq, mümkün problemi çözmək istəyirik. İnanıram ki, qarşıdakı oyunlarda bu həll olacaq”.

O, komandanın qol şanslarından yararlana bilməməsi və müdafiədə ciddi boşluqlar verməsindən də söz açıb:

“Bu barədə bir şey deyə bilmirəm. Çünki biz bir komandayıq. Məşqçimiz bizə taktiki gedişləri izah edir. Biz birlikdə güclü olmalıyıq”.

Massumo növbəti turdakı “Turan Tovuz”la oyun barədə də fikirlərini söyləyib:

“Məşqçilərimiz rəqibi analiz edəcək, zəif cəhətlərini göstərəcək. Əlimizdən gələni edib, səhv etmədən oynamaq istəyirik”.