Musa Qurbanlı Misli Premyer Liqasında yubiley matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, gənc hücumçunun yüksək dəstədəki 100-cü oyunu Misli Premyer Liqasının XXIV turuna təsadüf edib. O, "Qarabağ"ın səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olaraq "100"lük baryeri aşıb.
O, elitadakı debütünü 2020/2021 mövsümündə gerçəkləşdirib. İndiyədək cəmi iki klubun formasını geyinən forvard bu müddətdə rəqib qapılarına 42 dəfə yol tapmağı bacarıb. O, "Qarabağ"da keçirdiyi 91 oyunda 41 qol, icarə əsasında çıxış etdiyi "Zirə"də isə 9 oyunda 1 qolla yadda qalıb.
Bununla da Musa Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu kimi adını siyahıya yazdırıb.


