AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIV turunda baş verən mübahisəli epizodlara aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qurumun mətbuat xidmətinə verdiyi açıqlamada tur ərzində qeydə alınan 5 əsas mübahisəli məqamı təhlil edib.

Həsənovun sözlərinə görə, hakim briqadaları bütün bu epizodlarda düzgün və obyektiv qərarlar qəbul ediblər.