“Liverpul”un yarımmüdafiəçisi komandanın hazırkı oyununu tənqid edib və nəticələrin yaxşılaşmalı olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Soboslai bildirib ki, komanda tezliklə toparlanmalıdır:

“Biz ayılmalıyıq. Əgər belə davam etsək, UEFA Konfrans Liqasına düşməyə sevinməli olacağıq. Bunun niyə baş verdiyini bilmirəm, həqiqətən bilmirəm”.

Qeyd edək ki, “Liverpul” son oyunlardakı qeyri-sabit nəticələrə görə turnir cədvəlində mövqeyini itirməyə başlayıb və komandanın avrokuboklara vəsiqə uğrunda mübarizəsi çətinləşib