Qadın basketbolçulardan ibarət Azərbaycan yığması 2027-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, onlar bu gün səfərdə Monteneqro seçməsinin qonağı olub.

Matç rəqibin 93:35 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, səfər oyunundan dərhal sonra qızlar vətənə dönəcək. Belə ki, seçmə mərhələnin növbəti matçı martın 17-də Bakıda Ukrayna yığmasına qarşı baş tutacaq.