Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo "Canal GOAT" kanalına verdiyi müsahibədə gələcək planları və hazırkı hissləri ilə bağlı səmimi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən ulduz futbolçu, karyerasının son mərhələsinə qədəm qoyduğunu etiraf edib.

​Ronaldo yaşından asılı olmayaraq futbola olan ehtirasının dəyişmədiyini bildirib:

"Karyeramın sonu getdikcə yaxınlaşır... Gəlin hər oyundan zövq alaq. Mən təkcə bu nəsil üçün deyil, həm əvvəlki, həm də gələcək nəsil üçün oynamağa davam edirəm. Karyeramın sonuna yaxınlaşsam da, gündən-günə, oyundan-oyuna və ildən-ilə bundan həzz alıram. Bu, bir reallıqdır."

​Portuqaliyalı ulduz fərdi uğurlardan daha çox komanda qələbələrinə önəm verdiyini vurğulayıb. 

​Ronaldo karyerasının möhtəşəm olduğunu və bunu bu şəkildə davam etdirmək istədiyini qeyd edib.

​O, hələ də qollar vurmağa davam etdiyini və bundan böyük həzz aldığını deyib.

​Lakin bütün bunlardan önəmli olanın qələbə qazanmaq olduğunu bildirən Ronaldo "Biz həqiqətən liqa çempionu olmaq istəyirik" - sözləri ilə hədəfini açıqlayıb.

​Karyerası boyunca "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" kimi nəhəng klublarda saysız-hesabsız rekordlara imza atan hücumçu futbol dünyasına hələ də verəcəyi çox şeyin olduğunu sübut etməyə çalışır.