"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, bu, 21-ci turdan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.

29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.