İngiltərənin “Çelsi” klubu maliyyə qaydalarının pozulması səbəbindən ciddi sanksiyalarla üzləşib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa rəhbərliyinin qərarına əsasən, klub bir sıra məhdudiyyətlər və cərimələrlə cəzalandırılıb.
Məlumata görə, qərar “Çelsi”nin keçmiş sahibi Roman Abramoviç dövründə maliyyə qaydalarının pozulması ilə bağlı araşdırmaların nəticəsi olaraq qəbul edilib.
Sanksiyalara əsasən, “Çelsi”yə bir illik əsas komanda üçün transfer qadağası tətbiq olunub. Lakin bu qadağa şərti xarakter daşıyır və müəyyən müddətdə qaydalar pozulmasa, qüvvəyə minməyə bilər.
Bununla yanaşı, klub doqquz ay ərzində akademiya futbolçularını qeydiyyatdan keçirə bilməyəcək. “Çelsi” həmçinin 10 milyon funt sterlinq məbləğində cərimə ödəməyə məcbur edilib.
Qeyd edək ki, bu qərardan sonra azarkeşlər və futbol ictimaiyyəti "Mançester Siti" ilə bağlı maliyyə qaydalarının pozulması işi üzrə də yekun qərarın nə vaxt açıqlanacağını gözləyir.


