Voleybol üzrə Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün sonuncu turuna start verilib.
Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində XVIII turun iki qarşılaşması baş tutub. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçirilən oyunlarda "Neftçi" "Gənclər" set itirmədən (3:0) məğlub edib. Günün digər maraqlı görüşündə isə "Ordu" gərgin mübarizənin sonunda "Murov Az Terminal" komandasından üstün olub - 3:2.
Qadınların çempionatında isə "Murov Az Terminal" kollektivi "Turan" komandasının qonağı olub. Tovuz Olimpiya İdman Kompleksində keçirilən matçda ev sahibləri inamlı oyun nümayiş etdirərək 3:1 hesablı qələbə qazanıblar.


