Gənclər və İdman Nazirliyinin martın 17-də keçirilən Kollegiya iclasında 2027-ci il üzrə "İdman Paytaxtı"nın adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, namizədliyini irəli sürən şəhərlərin təqdimatları dinlənildikdən sonra səsvermə keçirilib. Nəticələrə əsasən, Yevlax şəhəri 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" tituluna layiq görülüb.
Qeyd edək ki, gələn il ərzində Yevlaxda silsilə idman yarışlarının, kütləvi tədbirlərin və layihələrin həyata keçirilməsi planlaşdırılır.


