Azərbaycan Basketbol Federasiyası (ABF) məşqçilərin inkişafı məqsədilə növbəti layihəsini reallaşdırıb.

Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, xüsusi proqram çərçivəsində ilk gün məşqçilər üçün nəzəri və praktiki seminarlar keçirilib.

Tədbirin ikinci günündə isə iştirakçılar C kateqoriyası üzrə imtahan verərək biliklərini nümayiş etdiriblər.

İki günlük proqram məşqçilərə həm peşəkar təcrübələrini artırmaq, həm də karyeralarında növbəti pilləyə yüksəlmək imkanı qazandırıb.

ABF basketbolun ölkədəki inkişafı üçün bu tip maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcəyini bəyan edib.