Futbol üzrə Azərbaycan milli komandası 27-30 mart tarixlərində "FIFA series – Edition 2026" turnirində çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov bu turnirdə yeni adlara da şans verəcək.
Sağlam FM-də yayımlanan "Offside" verlişinin qonağı olan Ceyhun Rzayev iki adı artıq açıqlayıb.
Bunlar "Turan Tovuz"un üzvləri Rəhim Sadıxov və Ayxan Hüseynovdur.
Qeyd edək ki, R. Sadıxov daha əvvəl Azərbaycan yığmasının formasını geyinib. A. Hüseynov üçün isə bu, ilk milli dəvətdir.


